HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma çərçivəsində 2 minə yaxın fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək. Onlardan 250-si ömürlük həbs cəzasına məhkum olunanlardır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Maan informasiya agentliyi HƏMAS rəhbərliyinin sözçüsünə istinadla məlumat yayıb. Bildirilir ki, sazişin birinci mərhələsində 20 girovdan ibarət bir qrup azad ediləcək. Bunun müqabilində İsrail hakimiyyəti 250-si ömürlük həbs cəzası çəkən 2000-dən çox fələstinli məhbusu azadlığa buraxacaq. HƏMAS sözçüsü əlavə edib ki, azad olunacaq fələstinlilər qrupuna 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan sonra həbsdə olan 1700 nəfər daxildir.