Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təlimlər keçirib

A- A A+

Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin planlı toplanış-yürüşü başa çatıb.

NUHÇIXAN Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlər sahildən 80 dəniz mili - təqribən 150 kilometr məsafədə keçirilib.

Üç mərhələdə hərbçilər əsas vəzifələri yerinə yetiriblər: döyüş vəziyyətinə yaxın şəraitdə qərarların qəbulu, gəmilər arasında qarşılıqlı əlaqə və şəxsi heyətin sahildən uzaqda əməliyyatlara hazırlığının qiymətləndirilməsi.

Təlimlər zamanı dənizçilər texnikanın istismarı, atış, manevretmə və gəmilər arasında qarşılıqlı əlaqə bacarıqlarını təkmilləşdiriblər.

Yaxın vaxtlarda əlavə bölmələrin cəlb olunması, yeni taktiki ssenarilərin məşqi və müasir təlim metodların tətbiqi ilə təlimin genişləndirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: