2030-cu ilə qədər Qazaxıstan 16 min kilometrdən çox dəmir yolu tikəcək və modernləşdirəcək

A- A A+

Coğrafi mövqeyinə görə Qazaxıstan Avrasiya nəqliyyat-logistika şəbəkəsinin mərkəzi halqası kimi Şərqlə Qərb, Şimal ilə Cənub arasında sabit əlaqəni təmin etməyə qadirdir.

NUHÇIXAN Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə keçirilən ikinci “Mərkəzi Asiya-Rusiya” Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qazaxıstan ərazisindən 11 beynəlxalq nəqliyyat dəhlizi, o cümlədən beş dəmir yolu və altı avtomobil dəhlizi keçir, onların üzərindən Asiya ilə Avropa arasında quru yük daşımalarının təxminən 85 faizi həyata keçirilir.

“Son 15 ildə hərtərəfli modernləşdirmə məqsədilə sənayeyə 35 milyard dollardan çox sərmayə qoyulub”, - deyə o bildirib.

Dövlət başçısı məlumat verib ki, Qazaxıstan hökuməti qarşısında regionda və ümumilikdə bütün Avrasiya məkanında müasir, təhlükəsiz və dayanıqlı nəqliyyat-logistika infrastrukturunun inkişafı məqsədilə fəal işin davam etdirilməsi vəzifəsi durur.

“2030-cu ilə qədər 11 min kilometr dəmir yolunun təmir edilməsi və 5 min kilometrdən çox yeni yolların tikilməsi planlaşdırılır”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: