ABŞ-ın “Google” şirkətinin əməkdaşı Pi ədədinin hesablanması üzrə dəqiqliyə görə rekorda imza atıb. Məlumat üçün bildirək ki, Pi ədədi dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmdir. Bu haqda “Cloud.google.com” saytında məlumat verilib.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, martın 14-də qeyd edilən "Pi günü"ndə yayılmış məlumata əsasən, internet nəhənginin əməkdaşı vergüldən sonra 31,4 trilyon ədədi dəqiqliklə hesablayıb. Beləliklə, bu rekord “Ginnesin rekordlar kitabı”na düşüb.
Həmçinin bildirilir ki, hesablamanın dəqiqliyi ilk dəfə məlumatların “bulud” texnologiyasında işlənməsinin köməyi ilə təmin edilib. Yeni rekord 2016-cı ildə təyin edilmiş göstəricini təxminən 9 trilyon işarə üstələyir.