Hindistan Kabildə yenidən səfirlik açacaq

A- A A+

Hindistan hökuməti Taliban hərəkatının Əfqanıstanda nəzarəti ələ keçirməsindən dörd il sonra Kabildə yenidən səfirlik açmağı planlaşdırır.

NUHÇIXAN “The Times of India” nəşrinə istinadla xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar əfqanıstanlı həmkarı Əmir Xan Müttəki ilə görüşündə bildirib. O qeyd edib ki, Yeni Dehli Əfqanıstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Hindistanlı nazirin sözlərinə görə, iki ölkə arasında daha sıx əməkdaşlıq həm Əfqanıstanın inkişafına, həm də regional sabitliyə töhfə verəcək.

Xatırladaq ki, may ayında Pakistan Əfqanıstanla münasibətlərin səviyyəsini yüksəltmək və Kabilə səfir təyin etmək qərarına gəlib. Çin, BƏƏ və Özbəkistan isə artıq Kabildə səfirlərini təyin ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: