"Azadlıq Flotiliyası"na hücum zamanı İsrail tərəfindən saxlanılan 18 Türkiyə vətəndaşı və bir qrup xarici fəalın olduğu "Turkish Airlines" aviaşirkətinin təyyarəsi Eylat şəhərindən (İsrailin cənubu) yola düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Öncü Keçeli sosial şəbəkələrdə onların özəl təyyarə ilə gələcəyini bildirib.
"Əldə edilən razılaşma çərçivəsində biz 21 ölkədən ümumilikdə 94 fəalı təxliyə edirik", - o qeyd edib.