Gürcüstanda polis və hərbçilərin maaşı 10 % artacaq

A- A A+

Gürcüstan hökuməti 2026-cı ilin dövlət büdcəsində polis və hərbçilərin maaşını 10 % artırır.

NUHÇIXAN xəbər verir ki, ölkə parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sözügedən artımın nəzərdə tutulduğu 2026-cı il dövlət büdcəsi layihəsini dəstəkləyib.

Belə ki, gələn il Müdafiə və Daxili İşlər nazirlikləri, eləcə də Dövlət Təhlükəsizlik Xidməti üçün 3,5 milyard laridən çox vəsait ayrılacaq.

Bu, polis və hərbçi maaşlarının 10% artmasına imkan verəcək.

Büdcəyə əsasən Müdafiə Nazirliyi – 1,8 milyard lari, Daxili İşlər Nazirliyi – 1,47 milyard lari, Dövlət Təhlükəsizlik Xidməti – 265 milyon lari nəzərdə tutulub.

Komitə sədri Aleksandre Tabatadze hökumətin bu addımını alqışlayıb və təhlükəsizlik sektorunda çalışanların peşəkarlığını qeyd edib. Eyni zamanda, Dövlət Təhlükəsizlik Xidmətinin maddi-texniki bazasının yenilənməsi üçün əlavə vəsait ayrılması tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: