Qazaxıstan MDB-nin rəqəmsal nəqliyyat xəritəsi təşəbbüsünü irəli sürüb

A- A A+

“Şimal-Cənub” dəhlizi MDB ölkələrinə Fars körfəzi və Cənubi Asiya bazarlarına birbaşa çıxışı təmin edir. Eyni zamanda, “Şərq-Qərb” və Trans-Xəzər marşrutları Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə birlikdə MDB-ni unikal Avrasiya quru körpüsünə çevirir.

NUHÇIXAN Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib: “Qazaxıstanda bu yaxınlarda istifadəyə verilmiş və Trans-Qazaxıstan Dəmir Yolu Dəhlizinin başlanğıcını qeyd edən Dostık-Moyıntı dəmir yolu xətti regionumuzun tranzit imkanlarını artırmaq üçün nəzərdə tutulub. Bununla belə, bütün ölkələrimizin nəqliyyat potensialını tam şəkildə açmaq üçün qarşımızda müasir infrastrukturun yaradılması vəzifəsi durur. Mən Birliyin vahid rəqəmsal nəqliyyat və logistika xəritəsinin hazırlanması imkanlarının nəzərdən keçirilməsini təklif edirəm. Bu, milli infrastruktur planlarının unifikasiyasına və nəqliyyat əlaqəsi üçün ardıcıl məkanın yaradılmasına imkan verəcək, bununla da əhəmiyyətli investisiyaların cəlb edilməsinə yol açacaq”.

Prezident Tokayev bildirib ki, Qazaxıstanın təşəbbüsü ilə MDB ölkələrindən keçən əsas nəqliyyat arteriyalarının birləşdirilməsi konsepsiyası üzərində işlər başa çatmaq üzrədir.

O vurğulayıb: “Yük axınlarını effektiv idarə etmək, xərcləri azaltmaq və riskləri minimuma endirmək üçün bu sənədə süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutan müddəalar əlavə edilməlidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: