Ermənistan məhkəməsi Serj Sarqsyanın ölkəni tərk etməsinə icazə verib

A- A A+

Ermənistan Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyan barəsindəki qətimkan tədbirini qüvvədə saxlasa da, onun ölkədən çıxış qadağasını ləğv edib.

Bu barədə NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, məhkəmə iclasının əvvəlində müdafiə tərəfi vəsatət verib. Dövlət sirri sayılan məlumatlar tələb olunduğu üçün işə bağlı qapılar arxasında baxılıb.

Yalnız dinləmələrdən sonra ölkədən çıxış qadağasının götürüldüyü aydın olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: