Ukrayna və Finlandiya oktyabr və noyabr aylarında fəaliyyətini gücləndirəcək "İstəklilər koalisiyası" çərçivəsində işlərini koordinasiya etmək barədə razılığa gəliblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində Finlandiya Prezidenti Aleksander Stubb ilə telefon danışığı həyata keçirdiyini məlumat verərkən bildirib.
O, Ukraynaya davamlı və sarsılmaz dəstəyə görə Finlandiyaya minnətdarlığını bildirib və Helsinkini ABŞ ilə buzqıran gəmilərin birgə tikintisinə dair sazişin imzalanması münasibəti ilə təbrik edib, bunun Arktikada təhlükəsizliyi gücləndirəcəyini vurğulayıb.
Söhbət zamanı tərəflər Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər. Zelenski bu məsələnin Kiyevin əsas prioritetlərindən biri olduğunu vurğulayıb və ABŞ-nin prosesi dəstəkləməyə hazır olduğunu qeyd edib.
Finlandiya Prezidenti Aleksander Stubb isə öz növbəsində "X" sosial şəbəkəsində qeyd edib ki, Helsinki ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyası ilə birlikdə Ukraynada sülhün bərqərar olması istiqamətində fəaliyyətini davam etdirir.