Melaniya Tramp Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb

A- A A+

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna münaqişəsi zamanı ailələrindən ayrı düşmüş uşaqların rifahını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

"Prezident Putinlə bu uşaqların rifahını müzakirə etmək üçün açıq ünsiyyət kanalımız var", - o deyib.

Melaniya Trampın sözlərinə görə, Putin onun bu məsələni qaldıran məktubuna cavab verib, onunla birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: