Ukrayna və Böyük Britaniya hərbi əməkdaşlığın genişləndirilməsi çərçivəsində işçi qrupunun yaradılmasını planlaşdırır.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ukrayna müdafiə naziri Denis Şmıqal bildirib.
"Beynəlxalq Müdafiə Sənayesi Forumu çərçivəsində Britaniyanın müdafiə məsələləri üzrə dövlət katibi və Ukrayna Müdafiə Nazirliyi arasında LYRA proqramı – döyüş meydanı texnologiyaları sahəsində tərəfdaşlıq ilə bağlı niyyət bəyanatı imzalanıb. Bununla yanaşı, iki ölkə proqram çərçivəsində birgə layihələri əlaqələndirəcək işçi qrupunun yaradılması barədə razılığa gəlib", - D.Şmıqal yazıb.