Ərdoğan Qəzzaya səfər etmək niyyətindədir

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Rizə vilayətində üzvləri qarşısında çıxışı zamanı gələcəkdə Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, o, Qəzzadakı vəziyyətdən danışarkən tədbir iştirakçılarına deyib: "Əvvəlcə mən Qəzzaya gedəcəm, sonra isə siz".

Türkiyə lideri atəşkəs razılaşmasından sonra geriyə dönüş olmayacağını vurğulayıb: "İsrail hökuməti imzaladığı öhdəlikləri yerinə yetirməli və təkcə bütün regionun deyil, həm də öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən təcavüzkar siyasətinə tamamilə son qoymalıdır. Qəzzaya humanitar yardımın çatdırılmasında heç bir maneə olmamalıdır. İki dövlətli həll regionumuzda davamlı sülhün açarıdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: