Atəşkəsdən sonra yarım milyondan çox insan Qəzzaya qayıdıb

A- A A+

Dünən atəşkəsin birinci mərhələsinin qüvvəyə minməsindən bəri 500 mindən çox insan Qəzza şəhərinə qayıdıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Agentliyi məlumat yayıb.

HƏMAS-ın idarə etdiyi Mülki Müdafiə Qüvvələrinin sözçüsü Mahmud Bassal deyib: "Dünəndən bəri yarım milyondan çox insan Qəzzaya (Qəzza şəhəri) qayıdıb".

Agentlik bundan əvvəl 200 min insanın Qəzzaya qayıtdığını bildirmişdi.

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olub. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasından sonra qüvvəyə minib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: