Çin Sahil Mühafizəsinin gəmisi Cənubi Çin dənizində Filippinin Balıqçılıq və Su Ehtiyatları Bürosuna məxsus gəmini taranlayıb, həmçinin ona qarşı su topu tətbiq edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Manila Standard" qəzeti yazıb.
Filippinin Sahil Mühafizə Xidmətinin məlumatına görə, oktyabrın 12-də Çin gəmisi Cənubi Çin dənizi akvatoriyasında filippinli balıqçıları müşayiət edən "BRP Datu Pagbuaya" gəmisini qəsdən taranlayıb. Toqquşma nəticəsində Filippin gəmisi cüzi zədələr alıb, heyət üzvlərindən heç biri zərər çəkməyib.
Sözügedən akvatoriyada Çinin sahil mühafizə qayıqları əvvəllər də Filippin gəmilərini sıxışdırmağa cəhd edib, onların dəfələrlə toqquşma halları qeydə alınıb.