Kubada təyyarə qəzasında 100-dən çox insan həlak olub

A- A A+

Kubada Cubana de Aviacion aviakompaniyasına məxsus Boeing-737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox insan həlak olub.

NUHÇIXAN “RİA Novosti”yə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan 110 nəfərdən 104-ü sərnişin, 6-sı ekipaj üzvü olub. Qəza nəticəsində üç nəfər sağ qalıb. Ağır vəziyyətdə olan həmin sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Təyyarənin qara qutusu hələ tapılmayıb.

Qeyd edək ki, təyyarə Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: