İsrail HƏMAS hərəkatı ilə əldə etdiyi atəşkəs razılaşması çərçivəsində azad edəcəyi 154 girovu həm İsrail, həm də Fələstin ərazilərindən deportasiya etməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. “İsrail azad edəcəyi 154 fələstinli girovu İsrail və Fələstin ərazilərinin hüdudlarından kənara çıxaracaq”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp HƏMAS və İsrail nümayəndələrinin sülh planının ilk hissəsini imzaladıqlarını açıqlayıb. Razılaşma İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını və girovların tezliklə azad olunmasını nəzərdə tutur.
Oktyabrın 13-də səhər saat 8-dən etibarən, Qəzzada əsir və girovların mübadiləsi prosesi başlayıb. Fələstində fəaliyyət göstərən müqavimət gücləri 20 israilli əsiri, İsrail isə ömürlük həbs cəzasına məhkum olunan 250 fələstinlini, eləcə də 2023-cü ildən bəri saxlanılan 1700 Qəzza sakinini azad etməlidir.