Fransanın yeni Baş naziri Sebastyən Lökornünün rəhbərlik etdiyi II hökumət hələ tam fəaliyyətə başlamamış, parlamentdə “senzura hədəsi” ilə üzləşib.
NUHÇIXAN xəbər verir ki, Milli Birlik Partiyasının sözçüsü Filip Balar hökumətə qarşı “Əyilməz Fransa” Partiyası tərəfindən irəli sürüləcək senzura təklifinə onların dəstək verə biləcəklərini bildirib.
“Əyilməz Fransa” Partiyasının milli koordinatoru Manuel Bompar bəyan edib ki, senzura təklifi həftə içi təqdim olunacaq. Onun fikrincə, bu təklif Baş nazirin ümumi siyasətlə bağlı bəyanatından sonra səsverməyə çıxarılmalıdır. Bu bəyanatın çərşənbə axşamı günortadan sonra veriləcəyi gözlənilir.
Milli Birlik Partiyasının nümayəndələri isə yeni hökuməti sərt tənqid ediblər. Mari-Karolin Lö Pen bu hökuməti “makronizmin ən tipik nümayəndəsi” adlandırıb: “Bu, funksiyasız, əvvəllər istifadə edilmiş, səmərə verməmiş şəxslərdən ibarət hökumətdir”.
Fransada Milli Birlik Partiyasının senzura planı, parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsi ehtimalı artıq gündəmdədir.