ABŞ Prezidenti Pakistan ilə Əfqanıstanı barışdırmağa hazır olduğunu bildirib

A- A A+

ABŞ Prezidenti Donald Tramp "artıq milyonlarla insanın həyatını xilas etdiyini" vurğulayıb, amma bunu Nobel mükafatı üçün deyil, həyatları xilas etmək naminə etdiyini deyib.

NUHÇIXAN xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Pakistan ilə Əfqanıstan arasında hərbi münaqişəni həll edə biləcəyinə inanır.

“Mən eşidirəm ki, hazırda Pakistan ilə Əfqanıstan arasında müharibə gedir. Hazırda başqa müharibə üzərində işləyirəm, çünki münaqişələri həll etməyi bacarıram”, -deyə ABŞ Prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib. Söhbətin səs yazısı Ağ Evin saytında yerləşdirilib.

O əlavə edib ki, artıq milyonlarla insanın həyatını xilas edib. Tramp bunu “Nobel mükafatı üçün” yox, “həyatları xilas etmək” naminə etdiyini vurğulayıb.

Bundan əvvəl Əfqanıstanın Hilmənd əyalətində atışmaların baş verdiyi barədə xəbərlər yayılmışdı. Bildirilib ki, Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbələr endirib. Taliban rəsmiləri əməliyyatın təfərrüatlarını açıqlamayıb. Əfqanıstanın “TOLO News” telekanalı toqquşmalarda azı 58 pakistanlı əsgərin həlak olduğunu bildirib. Pakistanın “Geo” televiziya kanalı isə toqquşmalarda onlarla əfqan əsgərinin öldüyünü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: