Almaniya Prezidenti son 27 ildə ilk dəfə Böyük Britaniyaya dövlət səfəri edəcək

A- A A+

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer həyat yoldaşı Elke Büdenbenderlə birlikdə Böyük Britaniya Kralı III Çarlzın dəvəti ilə dekabrın 3-dən 5-dək bu ölkəyə dövlət səfəri edəcək.

NUHÇIXAN xəbər verir ki, Kral III Çarlz və Kraliça Kamilla dövlət səfərinə Vindzor qalasında ev sahibliyi edəcəklər.

Xatırladaq ki, onlar 2023-cü ildə Almaniyaya dövlət səfəri etmişdilər. Bu, Kralın taxta çıxmasından sonra ilk xarici dövlət səfəri olmuşdu. Kral taxta çıxmazdan əvvəl, Uels şahzadəsi kimi Almaniyaya 40-dan çox səfər edib.

Prezident Frank-Valter Ştaynmayer həm xarici işlər naziri, həm də dövlət başçısı kimi Böyük Britaniyada bir neçə dəfə səfərdə olub. O, sonuncu dəfə 2023-cü ilin mayında Kral III Çarlz və Kraliça Kamillanın tacqoyma mərasimində iştirak edib. Bu, Almaniya Prezidenti tərəfindən son 27 ildə Böyük Britaniyaya edilən ilk dövlət səfəri olmaqla, həm də 1958-ci ildən bəri sayca beşincidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: