Çinin xarici ticarəti yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 33,61 trilyon yuana (təxminən 4,73 trilyon dollar) çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Şurasının İnformasiya Ofisində keçirilən mətbuat konfransında Çinin Baş Gömrük Administrasiyası açıqlama yayıb.
Hesabat dövründə Çinin ixracı 7,1 faiz artıb, idxalı isə 0,2 faiz azalıb.
Çinin xarici ticarətinin yarıdan çoxu (57,8 faiz) Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) daxil olan ölkələrin payına düşür. “Kəmər və yol” ölkələri ilə ticarət 6,2 faiz çoxlaraq 17,37 trilyon yuana çatıb.
Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadi-ticari əlaqələrə təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişafı və onun xarici ticarət proqnozlarına əsaslanır.