Maka Boçorişvili: Aİ Gürcüstanla bağlı siyasətinə yenidən baxmalıdır

A- A A+

Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılmasının dayandırılması məsələsindən siyasi alət və gürcü xalqına qarşı təzyiq vasitəsi kimi istifadə edir. Aİ Gürcüstana qarşı ədalətsiz rəftarına yenidən baxmalı və tərəfdaşlığın birtərəfli ola bilməyəcəyini başa düşməlidir.

NUHÇIXAN xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O bildirib ki, bu gün yalnız Gürcüstanın Aİ-yə ehtiyacı yoxdur, Aİ-nin də Gürcüstana ehtiyacı var. “Qərb ölkələri Gürcüstan hakimiyyətini “demokratiyadakı geri çəkilmələrə” və “anti-Qərb ritorikasına” görə tənqid etməkdə davam edir. Rəsmi Tbilisi isə hesab edir ki, gərginliyin kökündə Qərbin Gürcüstanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyindən narazılığı və hökumətin dövlət suverenliyini müdafiə etmək istəyi dayanır. Aİ tərəfindən dəyişməli olan, ilk növbədə, onun münasibətidir. İki tərəf arasındakı münasibətlərdən danışarkən onlar ədalətli olmalıdırlar. Lakin təəssüf ki, indi belə deyil. Gürcüstana münasibət həqiqətən ədalətsizdir", - Boçorişvili vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, Gürcüstanla Aİ arasında münasibətlər hər iki tərəfin real ehtiyacları əsasında qurulmalıdır. “Lakin bu gün Brüssel “uşaq incikliyi” nümayiş etdirir və Tbilisi ilə dialoqdan yayınır. Bu, ümidsiz siyasətdir”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: