Serbiyanın şimalındakı Novı Sad şəhərində fermerlər etiraz aksiyası keçiriblər.
NUHÇIXAN xəbər verir ki, ölkənin hər yerindən traktorlarla gələn müxtəlif fermer təşkilatlarının üzvləri hökumətin kənd təsərrüfatı siyasətinə etiraz ediblər. Onlar traktorlarla Novı Sadda hökumət binası qarşısına toplaşıblar. Aksiya iştirakçıları fermerlər üçün yanacaq vergilərinin ləğvini, pensiya fondlarına borcların həllini, təsərrüfat kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasını, quraqlıqdan zərər çəkənlərə dövlət dəstəyini, kənd təsərrüfatı bazarında inhisarçılığın qarşısının alınmasını tələb ediblər.