Çin Cənubi Koreya şirkətinin 5 törəmə müəssisəsinə sanskiya tətbiq edib

A- A A+

Çinin Kommersiya Nazirliyi Cənubi Koreyanın ən iri gəmiqayırma şirkətlərindən olan “Hanwha Ocean”ın ABŞ-la əlaqəli olan 5 müəssisəsinə sanksiyalar tətbiq edib.

NUHÇIXAN xəbər verir ki, Çin ərazisindəki hüquqi və fiziki şəxslərin həmin müəssisələrlə hər hansı əməliyyat, əməkdaşlıq və ya əlaqəli fəaliyyətlərdə iştirakı qadağan edilib.

Çinin bu qərarını ABŞ-ın Çinin dənizçilik, gəmiçilik və logistika sahələrinə yönəlmiş tədbirlərinə qarşıdır. Sanksiya tətbiq olunan müəssisələr “Hanwha Shipping”, “Hanwha Philly Shipyard”, “Hanwha Ocean USA International”, “Hanwha Shipping Holdings” və “HS USA Holdings” şirkətləridir. “Hanwha Ocean” (keçmiş “Daewoo shipbuilding”) şirkəti həm mülki, həm də hərbi məqsədlər üçün gəmilər inşa edir.

Qeyd edək ki, Çin bir neçə gün əvvəl ABŞ müəssisələri, təşkilatları və fiziki şəxslərinə məxsus və ya onlar tərəfindən idarə olunan gəmilərindən xüsusi liman rüsumları alacağını açıqlayıb. Oktyabrın 14-dən qüvvəyə minən qərara əsasən ABŞ gəmilərindən hər ton yük üçün 400 yuan (təxminən 56,3 dollar) liman rüsumu toplanacaq. Sonrakı üç il ərzində hər il rüsumların məbləği artırılacaq. Rəsmi Pekin həmin addımını ABŞ-ın Çin gəmilərinə əlavə liman rüsumları tətbiq etmək qərarına cavab olduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: