Media: ABŞ Ukraynaya 20-50 ədəd “Tomahawk” raketi verə bilər

A- A A+

ABŞ Ukraynaya 20-50 ədəd “Tomahawk” qanadlı raketi tədarük edə bilər. Lakin bu sayda raket Ukraynada hərbi əməliyyatların dinamikasına ciddi təsir göstərməyəcək.

NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzeti bu barədə ABŞ-ın Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (Center for a New American Security) müdafiə proqramları direktoru Steysi Pettikona istinadla məlumat yayıb.

“Vaşinqton Ukraynaya cəmi 20–50 ədəd raket tədarük edə bilər, bu isə hərbi əməliyyatların gedişinə həlledici təsir göstərməyəcək”, - deyə ekspert bildirib.

Pentaqonun sabiq əməkdaşı Mark Kançian isə öz növbəsində ABŞ-da hazırda 4150 ədəd “Tomahawk” raketinin olduğunu və Vaşinqtonun Ukraynaya az sayda raket göndərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu məhdudiyyətin əsas səbəbi Pentaqonun 2022-ci ildən bəri aldığı 200 raketin 120-dən çoxunun artıq istifadə olunması ilə bağlıdır. 2026-cı il büdcəsində isə cəmi 57 ədəd “Tomahawk” raketinin alınması nəzərdə tutulub. Eyni zamanda, Vaşinqton bu raketlərə başqa ölkələrə, o cümlədən Venesuelaya mümkün zərbələr üçün də ehtiyac duya bilər.

Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü ilə bağlı açıqlama vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: