Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin qarşıdakı sammiti dövründə görüşə bilər.
NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Cənubi Koreyanın milli birlik naziri Çunq Donq-yunq parlament iclası zamanı deputatların məsələyə dair sualını cavablandırarkən belə deyib. O, görüşün iki Koreya arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasındakı Panmuncon qəsəbəsində keçirilməsinin mümkünlüyün deyib.
"Açıq məlumatların təhlilinə əsaslanaraq, ABŞ və Şimali Koreya liderləri danışıqlara hazır görünürlər”, - deyən nazir əlavə edib ki, Kim Çen Inın Donald Trump haqqında yaxşı xatirələri olduğunu söyləməsi şərti olaraq onunla görüşməyə hazır olduğunu göstərir.
Qeyd edək ki, Donald Trampın ilk prezidentliyi dövründə Şimali Koreya lideri Kim Çen In ilə 3 dəfə görüşüb. Görüşlər 2018-ci ildə Sinqapurda, 2019-cu Hanoyda və Panmuncom qəsəbəsində keçirilib.