Qazaxıstan Prezidenti: Birpalatalı parlamentə keçid beynəlxalq tendensiyalara tam uyğundur

A- A A+

Parlament islahatı ölkənin, xalqımızın taleyinə birbaşa təsir edən məsələdir.

NUHÇIXAN Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatları üzrə işçi qrupun ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı Qazaxıstanda müxtəlif sahələrdə genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edib.

O bildirib: “Gücləri birləşdirərək siyasi və sosial-iqtisadi islahatlar həyata keçiririk. Bu transformasiyalar davam edəcək. Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək olmaz. "Güclü Prezident - nüfuzlu parlament - hesabatlı hökumət" konsepsiyasını rəhbər tutaraq, dövlətimizin köklü modernləşdirilməsi strategiyasını davam etdirmək vacibdir. Beləliklə, ölkəmizdə prezident üsul-idarə sistemi öz aktuallığını qoruyacaq”.

O qeyd edib ki, ümumilikdə birpalatalı parlamentə keçid beynəlxalq tendensiyalara tam uyğundur.

“Dünya ölkələrinin üçdə ikisi belə bir parlament sistemini qəbul edib. İndi ümumi təlimatlar, düşünülmüş və balanslaşdırılmış təkliflər hazırlamaq lazımdır” -deyə Tokayev vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: