Milli Assambleyada iki etimadsızlıq təklifi müzakirə olunacaq

A- A A+

Fransada siyasi gərginlik davam edir. “Əyilməz Fransa” (La France insoumise -LFI) və ifrat sağçı Milli Birlik (Rassemblement national -RN) partiyaları tərəfindən oktyabrın 13-də verilmiş etimadsızlıq təklifləri oktyabrın 15-də Milli Assambleyada müzakirə ediləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı Milli Assambleyanın sədri Yael Braun-Pivetin tərəfdarı “franceinfo”ya təsdiqləyib.

Fransanın siyasi müxalifətindəki digər böyük güc olan Sosialist Partiyası (Parti socialiste-PS) isə hələlik LFI və RN-in təkliflərini dəstəkləməyəcəyini bildirib. Bunun belə, sosialist deputatlar oktyabrın 14-də, yəni Baş Nazir Sebastyan Lökornünün ümumi siyasət bəyannaməsi ilə çıxışından sonra öz etimadsızlıq təkliflərini verə bilərlər.

PS etimadsızlıq təklifi irəli sürərsə, parlament prosedurlarına əsasən, üç müxtəlif təklifin birgə müzakirəsi olacaq. Mənbələrə görə, bu halda cümə axşamı axşam saatlarında birləşdirilmiş debat keçirilə bilər.

Etimadsızlıq təşəbbüsləri, əsasən hökumətin təklif etdiyi sosial və iqtisadi tədbirlərə etiraz kimi ortaya çıxır. Lökornü hökuməti holdinq ailə şirkətlərinə vergi tətbiq etməyi, pensiyaların və sosial müavinətlərin dondurulmasını təklif edir. Bu qərarlar sağ və sol spektrdəki müxalifət qüvvələri tərəfindən kəskin tənqidlərə səbəb olub.

Lakin bu etimadsızlıq təkliflərinin qəbul olunma şansı azdır. PS tərəfindən dəstəklənməyən LFI və RN-in ayrı-ayrılıqda yetərli səs toplaması mümkün görünmür. Parlamentdə mütləq əksəriyyət üçün 289 səs tələb olunur ki, bu say yalnız güclü birgə müxalifət cəbhəsi ilə mümkün ola bilər.

Hazırkı siyasi vəziyyət, Fransa parlamentində gələcək həftələrdə həlledici debatların və siyasi manevrlərin baş verəcəyinə işarə edir. Hökumətin etimad sınağı, yalnız Baş nazir Lökornünün deyil, eyni zamanda, bütün siyasi spektrin güc balansını göstərəcək. Sosialistlərin qərarı isə bu balansda təyinedici rol oynaya bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: