ABŞ Venesuela sahillərində narkotik daşıdığı deyilən daha bir gəmiyə zərbə endirib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb.
O bildirib ki, zərbə beynəlxalq sularda baş verib və nəticədə gəmidə olan 6 nəfər ölüb. Əməliyyat zamanı ABŞ qüvvələri zərər çəkməyib.