Rumıniya alimləri beynəlxalq mütəxəssislər qrupu ilə birgə dünyada ən güclü lazer yaradıblar.
NUHÇIXAN xəbər verir ki, son təcrübələr zamanı 10,88 petavatt güc əldə etmək mümkün olub.
Qeyd edək ki, günəş şüasının yer üzünə çatan şuası 174 petavatta bərabərdir.
Lazer qurğusu Rumıniyanın paytaxtı Buxarestin ətrafında Maqurele rayonunda Xoriya Xulubey adına Nüvə fizikası və mühəndisliyi elmi-araşdırma mərkəzində yerləşir. Lazer qurğusunun yığılması Maqureledə hələ 2016-cı ilin sentyabr ayından başlayıb. Bu, Avropanın “Extreme Light Infrastructure – Nuclear Physics” adlı layihəsidir və ümumi dəyəri 356,2 milyon avroya bərabərdir. Bu məbləğin 311 milyonu Avropa fondlarının payına düşür.