Böyük Britaniya hökuməti qlobal istiləşməyə hazır olmağa çağırılıb

A- A A+

Böyük Britaniya 2050-ci ilə qədər ən azı 2 dərəcə qlobal istiləşmənin nəticəsində baş verəcək hava ekstremallarına qarşı hazır olmalıdır.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bu barədə hökumətə müraciət edən Müstəqil İqlim Dəyişmələri Komitəsindən bildirilib.

Komitənin hökumətə ünvanladığı məktubda qeyd olunub ki, ölkə hazırda müşahidə edilən hava ekstremallarına belə kifayət qədər uyğunlaşmayıb, gələcəkdə gözlənilən daha ağır nəticələrə isə ümumiyyətlə hazır deyil.

Vurğulanıb ki, Böyük Britaniya Paris Sazişində nəzərdə tutulan uzunmüddətli temperatur hədəflərinin də fövqündə iqlim dəyişikliklərinə hazırlaşmalıdır. Komitə bu məqsədlə minimum iqlim ssenariləri əsasında uyğunlaşma planlarının hazırlanması üçün hökumətə zaman çərçivəsi barədə tövsiyələr verəcək.

Komitə hökuməti iqlim dəyişmələrinin qarşısını almaq üçün aydın, uzunmüddətli məqsədləri müəyyənləşdirməyə, hər 5 ildən bir yeni hədəflər təyin etməyə və bu hədəflərin icrası ilə bağlı nazirliklərin üzərinə məsuliyyət qoymağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: