Belçika Kraliçası Matilda və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və regionda sabitliyin təmin edilməsi səylərini müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Tərəflər, həmçinin qadınların cəmiyyətdə rolunun genişləndirilməsi və bu istiqamətdə atılan addımları müzakirə ediblər.
Qeyd edək ki, Belçika Kraliçası dünən Ermənistana işgüzar səfərə gəlib.