Rəcəb Tayyib Ərdoğan: Türkiyə atom energetikası sahəsində yeni layihələri nəzərdən keçirir

A- A A+

“Akkuyu” atom elektrik stansiyasının yaxın vaxtlarda fəaliyyətə başlaması ilə yanaşı, Ankaranın “atom gündəliyində” atom energetikası sahəsində yeni layihələr də yer alır.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının yekunlarına həsr olunmuş brifinqdə bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə hökuməti ölkənin enerji asılılığını minimuma endirməyə çalışır.

Bu kontekstdə Prezident ölkə daxilində qaz və neft hasilatının artırılmasının əhəmiyyətinə diqqət çəkib, o cümlədən Qara dənizdəki “Sakarya” yatağını qeyd edib: “Sakarya” yatağından hasil olunan yerli qaz artıq bu gün Türkiyədə 4 milyon abunəçinin tələbatını ödəyir. Gələn il Qara dənizdə hasilat həcmi iki dəfə, 2028-ci ildə isə dörd dəfə artacaq”, – deyə Türkiyə Prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hazırda Türkiyə dünyada 34 ölkəyə qaz idxal edir və ya ixrac edir.

Dövlət başçısı, həmçinin, ölkədə nadir torpaq elementlərinin iri ehtiyatlarının mövcudluğunu vurğulayıb.

“Əskişəhər vilayətinin Beylikova rayonunda 694 milyon tona qədər barit, flüorit və digər nadir torpaq elementləri aşkar edilib. Bu, həcminə görə dünyada ikinci ən böyük nadir torpaq elementi yatağıdır və biz Türkiyəni bu sahədə dünyanın ilk beş istehsalçısı sırasına daxil etməyi planlaşdırırıq”, – deyə Prezident Ərdoğan əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: