Yunanıstanı Türkiyə PUA-ları qorxuya salıb

A- A A+

Yunanıstanın müdafiə naziri Nikos Dendias, Türkiyənin pilotsuz uçuş aparatları olan Bayraktar TB2 və Bayraktar TB3-ün yaratdığı təhdidlərə qarşı təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, Nikos Dendias, Böyük Britaniyanın Kembric Universitetində keçirilən 9-cu Yunan-Britaniya Simpoziumunda çıxış edərək, dron sürüləri ilə mübarizə aparmaq üçün ölkəsinin atdığı addımları açıqlayıb. Yunan nazir bu çərçivədə yeni qurulan İnnovasiya idarəsinin və inkişaf etdirilmiş “Kentauros” anti-dron sisteminin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu idarənin vəzifəsi, dron sürüləri ilə, xüsusən də Bayraktar TB2 və Bayraktar TB3 ilə necə mübarizə aparılacağını aydınlaşdırmaqdır. Nazir onu da əlavə edib ki, PUA sürülərinə qarşı sadəcə raket istifadə etmək bir həftə ərzində Yunanıstanı müflisləşdirər. Buna görə də iqtisadi cəhətdən səmərəli olan “Kentauros” sistemi önə çıxarılıb.

“Kentauros” anti-dron sisteminin yaxın gələcəkdə Yunanıstan Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində, daha sonra isə Quru Qoşunlarının Hava Hücumundan Müdafiə bölmələrində istifadə edilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: