Media: Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi barədə razılığa gələ bilməyiblər

A- A A+

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 19-cu sanksiyalar paketi üzrə razılığa gələ bilməyiblər.

NUHÇIXAN xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Rusiyaya qarşı sanksiya paketinin oktyabrın 17-də yenidən müzakirə olunacağı planlaşdırılır.

Qeyd edək ki, bir müddət öncə Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqını öz daxili problemlərini ört-basdır etmək üçün Ukrayna ilə bağlı müzakirələr aparmaqda ittiham edib. O, həmçinin avtomobil sənayesində yaşanan böhran və enerji daşıyıcılarının qiymətinin yüksək olması ilə bağlı Avropa Komissiyasına konkret siyasi göstərişlər verilməsə, Rusiyaya qarşı yeni sanksiya paketlərinin müzakirəsində maraqlı olmayacağını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: