Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz növbəti ay təqdim ediləcək büdcə planında varlılar üçün vergilərin artırılmasının planın bir hissəsi olduğunu bildirib.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) toplantısında çıxış edən R.Rivz büdcədəki 50 milyon funtluq kəsiri aradan qaldırmaq üçün vergi artımı və xərclərin azaldılması kimi tədbirləri nəzərdən keçirdiyini söyləyib. Onun sözlərinə görə, bu maliyyə boşluğunun yaranmasında “Brexit”in davam edən təsirləri də rol oynayıb.
Nazir həmçinin bəzi qənaət tədbirlərinin gündəmdə olduğunu deyib: “Biz hazırda qlobal iqtisadi şəraitin dəyişdiyi bir dövrdəyik və bu reallığa uyğun hərəkət etməliyik”.