Çinin “Çancen” (“Böyük yürüş”) seriyalı daşıyıcı raketinin 600-cü buraxılışında bir qrup internet peyki orbitə çıxarılıb.
NUHÇIXAN xəbər verir ki, raketin buraxılışı Haynan adasındakı özəl kosmodromdan baş tutub.
Raket “China Satellite Network Group” şirkətinin peyklərini planlaşdırılan orbitə çatdırıb.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə ölkənin əsas daşıyıcı raketi olan "Çancen" ilə indiyədək orbitə təxminən 1400 kosmik aparat çıxarıb. “Çancen” seriyasından raketlər Çinin kosmik buraxılışlarının 86 faizindən çoxunu həyata keçirib.
“Bu raketlər Çinin ekipajlı kosmik missiyası, “BeiDou” naviqasiyası sistemi və kosmik araşdırma kimi böyük aerokosmik layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb”, - deyə korporasiyasnın açıqlamasında deyilir.
“Çancen” raketinin ilk uçuşundan bəri hazırlanmış 24 raket variantından 11-i yeni nəsil raket daşıyıcıları kateqoriyasına aiddir. Son 100 uçuşda yeni nəsil raketlər 40 faiz təşkil edib. Raket seriyası bazarın tələblərinə uyğunlaşır və kommersiya buraxılışlarının payı daim artır. Onların faydalı yükü rabitə, məsafədən zondlama və naviqasiya da daxil olmaqla bir çox sahəni əhatə edir.