Gürcüstan parlamenti konstitusiyanı pozan partiya üzvlərinə siyasi fəaliyyət qadağası qoyub

A- A A+

Gürcüstan parlamenti "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik layihəsini üçüncü oxunuşda qəbul edib.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsi 81 deputatın müsbət səsi ilə təsdiqlənib.

Dəyişikliklərə əsasən, Gürcüstan Konstitusiyasının prinsiplərini pozan siyasi partiyanın üzvü olan şəxslər bundan sonra parlament və bələdiyyə seçkilərində namizəd ola, dövlət vəzifəsi tuta və yeni siyasi partiya yarada bilməyəcəklər.

Hakim "Gürcü Arzusu" partiyasının nümayəndələrinin sözlərinə görə, bu addım ölkənin siyasi mühitini sabitləşdirməyə və dövlətçiliyə təhdid yaradan radikal qrupların təsirini azaltmağa yönəlib.

Qanuna görə, Konstitusiyanın prinsiplərini pozan partiyalarla əməkdaşlıq edən digər siyasi qurumlar da məsuliyyət daşıyacaqlar. Bu cür partiyalarla istənilən siyasi və ya hüquqi əməkdaşlıq yolverilməz hesab ediləcək.

Yeni düzəlişlər Gürcüstanda siyasi fəaliyyətin konstitusion prinsiplər çərçivəsində aparılmasına nəzarəti gücləndirmək məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: