Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun dəvəti ilə bu gün Macarıstana səfər edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Səfər çərçivəsində J.Kulubayev Qırğızıstan-Macarıstan Strateji Şurasının 5-ci iclasında iştirak edəcək. İclasda XİN başçıları iki ölkə arasında ticarət-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edəcəklər. Tərəflər həmçinin beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
İclasın sonunda ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.