Türkiyənin ərazi sularında 80-dən artıq qanunsuz miqrant saxlanılıb

A- A A+

Türkiyənin İzmir vilayətinin müxtəlif bölgələrində ümumilikdə 83 qanunsuz miqrant saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, İzmirin Karaburun rayonunun ərazi sularında rezin qayıqlarla Yunanıstana keçmək istəyən, lakin yunan qüvvələri tərəfindən Türkiyəyə geri göndərilən 33 qanunsuz miqrant xilas edilib. Onlardan səkkizi azyaşlıdır.

Şəhərin Çeşmə rayonunda isə keçirilən iki fərqli əməliyyatla rezin qayıqlar vasitəsilə Türkiyə ərazisini tərk etmək istədikləri müəyyən olunan 50 qanunsuz miqrant saxlanılıb. Onların da arasında azyaşlıların olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: