Madaqaskarda polkovnik Maykl Randrianirina prezident elan edilib

A- A A+

Madaqaskar Silahlı Qüvvələrinin polkovniki Maykl Randrianirina ölkənin keçid dövrü üçün prezidenti kimi Yüksək Konstitusiya Məhkəməsi tərəfindən and içərək vəzifəyə başlayıb.

NUHÇIXAN xəbər verir ki, mərasimdə ABŞ, Almaniya, Fransa və Avropa İttifaqının səfirləri ilə yanaşı, ölkənin siyasi partiyalarının liderləri də iştirak ediblər.

Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda prezident Andri Radzuelinanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Dövlət başçısı təhlükə ilə üzləşdiyini əsas gətirərək ölkəni tərk edib.

Məhkəmə prezident sarayını ələ keçirən polkovnik Maykl Randrianirinanı ölkəyə rəhbərlik etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: