Çində 9 yüksəkrütbəli hərbçi ordudan və partiyadan uzaqlaşdırılıb

A- A A+

Çində Mərkəzi Hərbi Şuranın (MHŞ) sədr müavini general He Veydon də daxil olmaqla bir neçə yüksəkrütbəli hərbçi Çin Xalq Azadlıq Ordusundan (ÇXAO) və Çin Kommunist Partiyası üzvlüyündən uzaqlaşdırılıb.

NUHÇIXAN Çin rəsmi mediasına istinadla xəbər verir ki, partiyadan çıxarılanlar arasında bir neçə ay əvvəl intizam qaydalarını pozduğuna görə Mərkəzi Hərbi Şuranın üzvü vəzifəsindən uzaqlaşdırılan general Miao Hua da var. O, Mərkəzi Hərbi Şuranın siyasi, ideoloji və şəxsi heyətlə iş məsələlərinə cavabdeh idi.

Çin Müdafiə Nazirliyinin açıqlamasına görə, ordudan partiyadan uzaqlaşdırılan hərbçilər haqqında korrupsiya əməlləri törətmək şübhəsi ilə istintaq aparılıb və onlar cəzalandırılıb. Cəzalanan hərbçilər arasında MHŞ-nin ÇXAO-nun raket qüvvələrinin və ordunun şərq birliyinin keçmiş komandanları da var.

General He Veydon 2023-cü ilin martında ÇXAO-nun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədr müavini seçilmişdi. Şuranın sədri Çin Xalq Respublikasının Sədri Si Cinpindir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: