ABŞ-da kaliforniyalı mühəndis 52-ci beynəlxalq ən ağır balqabaq yetişdirmə müsabiqəsində qalib gəlib.
NUHÇIXAN xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, Brendon Doyson müsabiqə üçün 1064 kiloqram (2300 funt) ağırlığında balqabaq yetişdirib. Bu, təxminən sedan tipli avtomobilin çəkisinə bərabərdir. Müsabiqənin qalibi olan mühəndis 20 min dollar alıb.
Doyson elektromobil istehsalçısı olan “Rivian Automotive”də istehsalat mühəndisi kimi çalışdığını bildirib. O, beş ildir hobbi olaraq balqabaq yetişdirir və deyir ki, iş yerində öyrəndiyi bacarıqlar ona tərəvəzçilikdə də kömək edir.
Bu yaxınlarda əldə etdiyi uğurlara baxmayaraq, onun balqabağı rekord qırmaq üçün hələ çox kiçikdir. Hazırda rekord 1278 kiloqramlıq balqabaq yetişdirmiş ingiltərəli iki qardaşa məxsusdur.