Tramp: Biz Rusiya-Ukrayna müharibəsini sona çatdıracağıq

A- A A+

Rusiya Prezidenti Putin və mən düşünürəm ki, işlər olduqca yaxşı gedir.

NUHÇIXAN-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə geniş tərkibdə görüş zamanı deyib. O bildirib ki, bu proses Alyaska görüşü ilə başlayıb və orada müəyyən istiqamətlər müzakirə edilib.

“Biz indi bunu həyata keçirə biləcəyimizi görmək istəyirik. Bu müharibə Bayden administrasiyasına aiddir və biz bunu miras aldıq, bitməsini istəyirik. Bu müharibədə çoxlu insan həlak oldu və biz bu müharibəni sona çatdıracağıq”,- deyə Tramp əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: