Almaniya İsraillə HƏMAS arasında atəşkəs razılaşmasına əməl edilməsinə nəzarət etmək üçün Bundesverin üç hərbçisini İsrailə göndərəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli KİV-lər Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bundesverin iki zabiti və bir briqada generalı gələn həftə İsrailə gedərək vəzifələrini "formada, lakin silahsız" yerinə yetirəcəklər. Onlar İsrailin cənubunda Hərbi-Mülki Əlaqələndirmə Mərkəzində işləyəcəklər", - qurumdan bildiriblər.
Mərkəzin tikintisi davam edir və orada ümumilikdə 200-ə yaxın hərbçi olacaq.
Mərkəz monitorinqlə yanaşı, Qəzza zolağına humanitar yardım tədarükünün əlaqələndirilməsi ilə məşğul olacaq.