Yer kürəsində maqnit qasırğası başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu, oktyabr ayında qeydə alınan üçüncü belə hadisədir. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib. Bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.
Bu şkalada G5 “ekstremal güclü”, G1 isə “zəif” qasırğa hesab olunur.