Ukrayna ordusu Orenburqda qaz emalı zavoduna PUA-lara hücum edib

A- A A+

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın Orenburq vilayətində qaz emalı zavoduna hücum edib.

NUHÇIXAN-ın məlumatına görə, vilayətin qubernatoru Yevgeni Solntsev özünün Telegram kanalında sənaye obyektində baş verən insidentin təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, hücum zamanı qaz stansiyasının infrastrukturuna qismən ziyan dəyib, sexlərdən birində yanğın baş verib.

"Hücumun nəticələrinin aradan qaldırılması üçün bütün fövqəladə xidmətlər işə salınıb, xilasedicilər yanğını söndürür. Zavodun işçiləri arasında itki yoxdur. Obyekt yaşayış məntəqəsi üçün təhlükə yaratmır", - Solntsev vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: