Türkiyənin 32 əyalətində terrorçuluqda şübhəli bilinən onlarla şəxs saxlanılıb

A- A A+

Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı növbəti genişmiqyaslı əməliyyat keçiriblər.

NUHÇIXAN Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla xəbər verir ki, iki həftə davam edən əməliyyatlar ölkənin 32 əyalətində keçirilib.

Əməliyyatlar zamanı ümumilikdə 62 nəfər saxlanılıb, onlardan 41-i məhkəmə qərarı ilə həbs olunub.

Şübhəlilər terror təşkilatları ilə əlaqədə olmaqda, cinayətkar qurumları maliyyələşdirməkdə və FETÖ ideologiyasını təbliğ etməkdə ittiham olunurlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: