Ukrayna qoşunları Donetskin Pokrovsk və Xarkovun Kupyansk istiqamətlərində, eləcə də Xarkov, Sumı və Zaporojyedə mövqeləri qoruyub saxlayır. Müdafiə qüvvələri cəbhədə yeni addımlar hazırlayır, Rusiyanın hərbi və enerji obyektlərinə zərbələr endirməkdə davam edir.
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O deyib ki, bu gün hərbçilərin və Təhlükəsizlik Xidmətinin hesabatlarını dinləyib: "Onlar cəbhədəki – Pokrovsk, Kupyansk, Xarkov, Sumı və Zaporojyedəki vəziyyət barədə məruzə ediblər. Vəziyyətə nəzarəti saxlayırıq, mən hər bir bölməmizə dəyanətinə görə minnətdaram. Biz cəbhədə müəyyən addımlar atırıq, hər bir hücuma cavab veririk".
Zelenski, həmçinin qeyd edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə danışıb. "Rusiyaya qarşı uzunmüddətli sanksiyalarımızın əhatə dairəsində və dəqiqliyində artım var. Əslində, hər gün Rusiya neft emalı zavoduna zərbə endirilir”, - deyə Zelenski vurğulayıb.