Gürcüstan DİN-lə İsrail arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq

A- A A+

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) və İsrail Milli Təhlükəsizlik Nazirliyi hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq.

NUHÇIXAN Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstanın daxili işlər naziri Geka Geladzenin başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdədir.

Səfər çərçivəsində nazir İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Gvirlə ikitərəfli görüş keçirəcək.

Bundan başqa, Gürcüstan nümayəndə heyəti müxtəlif polis bölmələrini ziyarət edəcək və onların iş xüsusiyyətləri ilə yerində tanış olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: